!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxarı siniflər üçün faydasız TƏDRİS PROQRAMI: “Şagirdlər məktəblərə yox, repetitor yanına...”

!Reklam – Yazi

“Dəyişikliyin əsas mahiyyəti 10-11-ci siniflərin qəbul proqramına uyğunlaşdırılmasını təmin etmək olmalıdır”.

Bu fikirləri 10-11-ci siniflər üçün tədris proqramının məzmununda dəyişiklik zərurətinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ümumtəhsil məktəblərində 10-11-ci sinifdəki proqramın məzmununda dəyişikliyə ehtiyac var:

“Hər il orta ümumtəhsil məktəblərindən məzun olan 80 minə yaxın şagirdin demək olar, hamısı ali məktəblərə qəbul olmaq üçün orta məktəbin bilik və bacarıqlarından yox, məhz repetitor yanında, hazırlıq kursunda əldə etdikləri bilik və bacarıqlardan yararlanırlar.

Təhsil naziri Emin Əmrullayev qeyd etdi ki, orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində proqrama dəyişiklik edilməlidir. Biz orta ümumtəhsil məktəblərinin 10-11-ci siniflərində həftənin istənilən günündə monitorinq aparsaq görərik ki, şagirdlərin böyük əksəriyyəti dərsə gəlmir. Onlar rəhbərliklə bu və ya digər formada razılaşaraq repetitor yanına gedirlər.

Bu günlərdə məktəblərdə davamiyyət olduqca aşağıdır. Ancaq dövlət həmin şagirdlərin müəllimlərinə sinifdə tam sayda şagirdlərə dərs keçmək üçün maaş verir. Lakin gördüyümüz kimi, şagirdlər dərs vaxtı məktəbdə olmaq əvəzinə, Bakının, rayonların küçələrində əllərində test kitabçaları, dəftərlər, hazırlıq materialları ilə repetitor yanına gedirlər.

Əgər bizim 10-11-ci siniflər üçün tədris proqramımız şagirdlərin ali məktəblərə qəbul olmağına, onların əmək bazarına çıxmalarına kömək göstərmirsə, biz məzmunu dəyişməliyik. Dəyişikliyin əsas mahiyyəti 10-11-ci ildən etibarən, orta məktəblərdə təmayülləşmə həyata keçirilir. Orta ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarına və maraqlarına uyğun olaraq, müxtəlif sahələr üzrə təmayül sinifləri var. Amma təmayülləşmə olsa belə, xüsusi material yoxdur və sadəcə, orta məktəbin kitablarından istifadə edilir. Yəni proqram və saat uyğun olsa da, məzmun dəyişikliyinə ciddi ehtiyac var.

Şagirdləri məktəblərə qaytarmaq lazımdır. Məktəblərə gəlməyən şagirdlər ancaq “KSQ” və “BSQ” yazmaq üçün məktəblərə gedirlər. Belə təkliflər də var ki, kimsə məktəbə gəlmir, amma yekunda təhsil sənədi almaq istəyir, onlar üçün ödənişli əsaslarla xidmət göstərilsin. Alınan vəsait isə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlsin”.

Nuray Məmmədzadə

www.yenicag.az

4212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv