!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yuxu sistemi, 7 saatlıq rejim, psixoloji aspektlər: "Nə qədər sadə görünsə də..." - ARAŞDIRMA

!Reklam – Yazi

Heç kimə sirr deyil ki, yuxu sağlamlığımız üçün vacibdir. Gecə 7-8 saat yatmayan insanlarda həm psixoloji cəhətdən, həm də ümumi sağlamlıq baxımından ciddi problemlər yarana bilər. Tədqiqatlar onu göstərir ki, yetərincə yatmayan insanlarda infarkt riski daha yüksəkdir. Yuxu nə qədər sadə bir proses kimi görünsə də, həyatımızın böyük bir hissəsində rolu var.

Yuxu niyə orqanizm üçün vacibdir? Az yatmaq hansı fəsadlara yol aça bilər?

Yenicag.az yaxşı yuxunun həyatımızdakı əhəmiyyətini təqdim edir.

İnsomnia (yuxusuzluq, yuxu hissindən tamamilə məhrum olmaq – red) ən çox psixologiyamıza təsir edir. Yata bilməyən insanlarda depressiya, stres, baş ağrıları və s. şikayətlər olur. Hətta bu hal aylarla davam etsə, hallüsinasiyalar görməyə belə gətirib çıxarda bilər.

Məntiqsiz səslənsə də, yetəri qədər yatmamaq yaşlanma prosesini tezləşdirir. İnsanın bədənini və orqanizmini gümrah tutan sağlam beyindir. Əgər beyin normal işləmirsə, depressiya və stres həyatın bir parçasıdırsa, bu hal xarici görünüşə təsirdən də yan keçmir.

Sağlam yuxu rejiminin olmaması qida pozuntularına, sürətli kökəlməyə və ya çəki itirilməsinə gətirib çıxarır. Yuxu rejiminin hər gün dəyişməsi çox gec saatlarda acmaqiştahsızlıq problemləri yaradır.

Normal yata bilməmək fokuslanmaq, konsentrasiyanın itirilməsi kimi məsələlərə də təsir edir. Çünki az yatmaq diqqət əksikliyi yaradır. Bu da karyera həyatında və ya dərslərdə mühüm rol oynayır.

Qeyd edək ki, həddindən artıq çox yatmaq da yaxşı hal deyil. Araşdırmalara görə, ideal yuxu 7-8 saat olmalıdır. Ondan artıq və ya əskik olması sağlamlığa ziyandır.

Yuxu problemləri olan insanlar bu məsələyə ciddi yanaşmalıdır. Psixoloq və ya nevropatoloqa vaxtında müraciət etməklə yarana biləcək bir çox fəsadlardan xilas oluna bilinər.

Şahanə Paşa

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv