!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yüzlərlə iordaniyalı İsrail sərhədinə doğru yürüş edir

!Reklam – Yazi

Oktyabrın 7-də səhər saatlarındaHƏMAS-ın başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq 7 gündür Qəzzada İsrail ilə Fələstin arasında qanlı qarşıdurmalar davam edir.

Yenicag.az xəbər verir ki, hadisələr fonunda yüzlərlə iordaniyalı İsrailin hədəfi olan fələstinlilərə dəstək üçün küçələrə çıxıb. Əllərində Fələstin bayraqları ilə nəqliyyatın hərəkətinə maneə olan yerli əhali magistral yolda İsrail sərhədinə doğru irəlilədiyi görülüb.

İordaniya Kralı II Abdullah “Hazırda Fələstin ərazilərində baş verən təhlükəli zorakılıq aktları və hücumlar sübut edir ki, bölgəmiz təhlükəsizlik və sabitliyə ancaq iki dövlətli həll əsasında hərtərəfli, ədalətli sülhlə nail ola bilər”, – deyə açıqlama verib.

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv