!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakari Qrossun sətiraltı PAYLAŞIMINA REAKSİYA: “Bu sözlər Qarabağda terrorçu rejimə dəstəkdir” - ŞƏRH

!Reklam – Yazi

“Bu sözləri Qarabağda terrorçu rejimə dəstək kimi qiymətləndirmək olar”.

Bunu Fransanın Azərbaycandakı keçmiş səfiri Zakari Qrossun “Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olma” sözlərinə münasibət bildirərkən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

Politoloq Zakari Qrosun bu sözlərinin bir neçə məna ifadə etdiyini bildirib:

“Fransanın Ermənistanın xeyrinə atdığı addımları nəzərə alsaq, keçmiş səfirin istifadə etdiyi sözləri Qarabağda terrorçu rejimə dəstək kimi qiymətləndirmək olar. Zakari Qrossub Azərbaycanda səfir olduğu dövrdə Şuşaya səfər etməməyi bu nəticəyə gəlməyə zəmin yaradır.

Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Ona görə də düşünürəm ki, onun bu yazısı Ermənistana və Qarabağda yaşayan ermənilərə xitab olunur. O, Ermənistan rəhbərliyini danışıqlar masasında sülhə nail olmaq üçün məcbur edir”, – deyə politoloq qeyd edib.

Nəsimi Ələsgərli

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv