!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Azərbaycanı hədələyən iranlı generalla danışdı

!Reklam – Yazi

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Baqeri Ermənistanın son təxribatı zamanı İranın hər hansı sərhəd dəyişikliyini savaş elanı kimi dəyərləndirəcəyini qeyd edərək dolayı yolla Azərbaycanı təhdid etmişdi.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv