Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zakir Həsənov: Biz Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərini vura bilərik

Reklam: High Technic

Azərbaycan Silahlı Qüvvələri Ermənistanda yerləşdirilən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək silahlara malikdir.

Bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

“Mən müdafiə naziri olaraq bəyan edirəm ki. biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!”, – deyə nazir qeyd etdi.

Nazirin sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur:

“İsgəndər” yaxşı raketdir. Lakin bir neçə məsələ var. Birincisi, “İsgəndər”in bir çox növü var. İkincisi, həmin “İsgəndər” hansı vəziyyətdədir? Üçüncüsü, bu “İsgəndər”i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik”.

Müsahibəsində nazir deyib: “Baxmayaraq ki, indi bütün dünya böhran yaşayır, bu böhran bizdən də yan keçməsə də, ölkəmizə elə böyük təsiri olmayıb. Məni müdafiə naziri kimi ordunun maliyyələşdirilməsi maraqlandırır. Ötən il ordunun maliyyələşdirilməsi artıb. Bu il maliyyələşdirilmə 17-20% artıb. Bu onu göstərir ki, Prezident və Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan hökuməti orduya, onun yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır. Son illər qarşımızda qoyulan vəzifə ordunu modernləşdirmək və gücləndirmək olub”.

Daha sonra nazir deyib, ki Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir.

Nazir bildirib ki, Rusiyadan əlavə silah tədarükü imkanlarına baxılır.

Zakir Həsənovun sözlərinə görə, rəsmi Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir və RF Müdafiə Nazirliyinə öz regionuna aid məlumatların təqdim edilməsi məsələsinə baxır.

Z.Həsənov qeyd edib ki, dünyada hərbçilərin bütün son hərbi münaqişələrin nəticələrini öyrənməsi praktikası var: “Bu, həm uğurla, həm də uğursuzluqla nəticələnə bilər. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparılır. Biz dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq”.

Daha sonra nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermədiyini və döyüş zonasında gərginliyin artdığını bildirib.

O bildirib: “Son illərdə döyüş zonasında, erməni qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir. Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir”.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət qəlizləşir və bu bəzən lokal döyüşlərə çevrilir. “Bu, normal haldır. İki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.

Yenicag.az

www.yenicag.az

453
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM