!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov bu gün Türkiyəyə getdi - YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2023” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov təlim çərçivəsində keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və “Su-25” hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.

“Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.

***

12:10

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir.

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, Z.Həsənov qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

Qeyd edək ki, “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri aprelin 27-də başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları və aviasiya vasitələri təlimlərdə iştirak edirlər.

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv