Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zakir Həsənov ictimaiyyəti çaşdırır” – Deputatdan nazirə sərt TƏNQİD

Reklam: High Technic

Milli Məclisin deputatı Aqil Abbas Müdafiə naziri Zakir Həsənova müraciət ünvanlayıb.

Xatıradaq ki, millət vəkili parlemantin plenar iclasında Müdafiə Nazirliyini tənqid edib və Hərbi Hospitalla bağlı narazılığını dilə gətirib. Daha sonra deputatın fikirlərinə nazirlik rəsmi münasibət bildirib.

A.Abbas isə nazirliyin açıqlaması ilə onun səsləndirdiyi fikirlərin uzlaşmadığını bildirərək nazirə müraciət edib.

Deputat bildirib ki, Müdafiə Nazirliyindən ona cavab yazanlar həmin çıxışı diqqətlə dinləməyiblər və ya oxumayıblar: “Guya: «Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır».

Qaldı mənim guya «ictimaiyyətdə çaşqınlıq yaratmaq» məsələsinə.

Görək ictimaiyyətdə çaşqınlığı mən yaradıram, yoxsa rəhbərlik etdiyiniz nazirlik?

Aprel döyüşlərindən sonra belə bir açıqlama verdiniz ki, Şoyqu (Rusiyanın müdafiə naziri) zəng elədi, ondan sonra müharibəni saxladıq. Ən böyük çaşqınlığı bu yaratmışdı. Müstəqil bir dövlətin müdafiə naziri başqa bir dövlətin müdafiə nazirinin zəngi ilə müharibəni saxlayır. Müstəqil dövlətin müdafiə naziri əmrləri Ali Baş Komandandan alır. Aprel döyüşlərinin saxlanmasını daha aydın bir şəkildə ifadə edə bilərdiniz, xalqda da çaşqınlıq yaranmazdı.

Neçə müddətdir Aprel döyüşlərindən sonra qaldırılmış «Tərtər işi» adlı cinayət işi haqqında mətbuat yazır. Bu işin dərinliyinə getmirəm, amma nədənsə Müdafiə Nazirliyi hələ də bu məsələdə susur. İctimaiyyətdə çaşqınlıq belə yaranır.

Müharibə başlayandan bir neçə gün sonra iki korpus komandiri vəzifədən götürülür, sonra biri həbs edilir. Baş Qərargah rəisi vəzifədən kənarlaşdırılır, hətta adı Müdafiə Nazirliyinin strukturlarından çıxarılır, o da çıxıb gedir Dubayda dənizdə çimməyə. Heç bir rəsmi açıqlama yoxdur. Çaşqınlıq belə yaranır”.

A.Abbas əlavə edib ki, Lökbatanda yol kənarında dəfn olunmuş şəhid ailələri düz bir ay Milli Məclisin önündə, müəyyən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də Müdafiə Nazirliyinin önündə etiraz piketləri keçirirlər və qələbəmizə sevinməyən müəyyən “Youtube” kanalları bunu çəkir və bəh-bəhlə paylaşır, nədənsə Müdafiə Nazirliyi onlara cavab verə bilmir: “Şəhid ailələrinin istəyi nədir? Övladlarının digər şəhidlər kimi II Fəxri Xiyabanda dəfn olunması. Səsləri eşidilmir. Nəhayət, Möhtərəm Prezident, Ali Baş Komandan bu işə qarışmalı olur və şəhidlərin nəşi II Fəxri Xiyabana köçürülür. Müdafiə Nazirliyi vaxtında özü bunu həyata keçirə bilməzdimi? Çaşqınlıq belə yaranır.

Övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin önünə gəlir, heç bir yetkilinin qəbuluna düşə bilmir. Müharibə ölüm-itim meydanıdı. Övladı itkin düşmüş bir ana mənə də müraciət etmişdi, dəfələrlə telefonla da danışmışam. Ürək-dirək vermişəm ki, bu müharibədi, Allah eləsin, övladınız sağ-salamat qayıdıb gəlsin, şəhid olubsa da məqamı Allahın dərgahındadı.

Yəqin “Youtube” kanallarında görmüsünüz, övladı itkin düşmüş, sonradan şəhid olduğu bilinib nəşi tapılaraq valideynlərinə təhvil veriləndə Ana tabutun önündə oğlunun nəşinin tapılmasına görə sevindiyindən qurban kəsib.

Mən yalnız bu günədək mətbuatda gedənləri yazıram, bildiklərimi yazmıram”.

O qeyd edib ki, savaş möhtəşəm qələbəmizlə bitdikdən sonra «44 günlük müharibə» adlı silsilə məqalələr yazıb və həmin məqalələrdə də həkimlərimizin və tibb işçilərinin cəbhə bölgəsində necə fədakarlıq etdiklərini işıqlandırıb: “Sizin cavab məktubunuzda da qeyd edirsiniz ki, «Millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən də hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə öz razılığını ifadə edib».

Cavabda qeyd edirsiniz ki, «deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında,düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir»”.

A.Abbas əlavə edib ki, hər gün onun, eləcə də digər deputatların yanına qazilər şikayətə gəlir: “Amma mən heç vaxt onların şikayətini, narazılığını mətbuata çıxarmıram. Əksinə, könüllərini alıram, izah edirəm ki, müharibə təzə başa çatıb, darıxmayın, hər şey yoluna düşəcək. Reseptlə gəliblərsə də dava-dərmanlarını alıb verirəm. Qulluqlarında da başqa cür nə xidmət göstərirəm, özüm bilirəm.

Məsələn, ucqar rayonların birindən yanıma üç dəfə gələn bir qazi var. Yalnız qoltuq ağaclarının köməyi ilə yeriyə bilir, bədənində qəlpə yaraları, bəzilərini hələ çıxarmaq mümkün olmayıb, danışığını da itirib, çox çətinliklə fikrini çatdıra bilir. Hələ də ordudan tərxis olunmayıb, müharibədən beş ay keçib. Və buna görə də əlillik dərəcəsi ala bilmir.

Sizə onlarla belə fakt saya bilərəm. Qəzetləri izləsəniz yüzlərlə belə fakta rast gələrsiniz”.

Loading...

www.yenicag.az

448
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100