!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Özbəkistanla hərbi əməkdaşlıq planını imzaladı

!Reklam – Yazi

Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkəyə səfər edib.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imzalanıb.

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv