!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Türkiyədə Ali Hərbi Məktəbin buraxılış mərasiminə qatıldı

!Reklam – Yazi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov növbəti buraxılış mərasimində iştirak etmək üçün Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbinə gedib.

Qeyd edilib ki, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və digər rəsmilərin də iştirak etdiyi tədbirdən öncə məktəbin “Şəhidlər qapısı”nda azərbaycanlı və türkiyəli şəhid məzunlarının adları əks olunan lövhələrin qarşısında xatirə fotosu çəkdirilib.

“Təntənəli mərasimdə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib”, – məlumatda deyilir.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv