!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənov Türkiyədə buraxılış mərasimlərində iştirak etdi

!Reklam – Yazi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib.
Sonra məzunlara diplomlar təqdim olunub.

Hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv