!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zakir Həsənovun Türkiyəyə səfəri başladı

!Reklam – Yazi

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.

Yenicag.az  Türkiyənin “Haber Global” telekanalına istinadən xəbər verir ki, Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında “Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.

Sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb:

“Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə olunacaq.

Səfər fevralın 2-dək davam edəcək.

www.yenicag.az

351
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv