Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zakir Qaralov: Gəncə teraktına görə 77 nəfər həbs edildi, 2 nəfər ölkəyə gətirildi

Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxslərin tam dairəsi müəyyən edilib.

Yemicag.az-ın məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.

Baş prokuror qeyd edib ki, bu günə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib:

“Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib”.

Z.Qaralov əlavə edib ki, bu hadisədə əli olanlardan heç kim məsuliyyətdən kənarda qalmayacaq:

“Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq”./Trend/

www.yenicag.az

7222
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM