!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada çaqqal insanlara hücum etdi - VİDEO

!Reklam – Yazi

Zaqatalada çaqqal məktəbin qarşısında insanlara hücum edib.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə rayonun Muxax kəndində baş verib.

Dünən səhər saatlarında 2 nömrəli məktəbə gələnlər belə bir gözlənilməz hadisə ilə qarşılaşıblar.

Məlumata görə, kənddə 10 minə yaxın əhali yaşayır, bir neçə məktəb, uşaq bağşaçı var. Vəhşi heyvanlar kənd üçün təhlükə mənbəyidir.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, çaqqal hücumuna məruz qalan 3 şagird və 2 valideynə ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Çaqqalın öldürüldüyü ərazi dezinfeksiya edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv