!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada DƏHŞƏT: Qadın küçədə qətlə yetirildi - YENİLƏNDİ

!Reklam – Yazi

Zaqatala rayonunda qadın öldürülüb, saxlanılan var.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

09:50

Zaqatalada qadın qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala rayon Mərkəzi Xəstəxananın yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib.

Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub, araşdırma aparılır.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv