!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada reyd keçirildi: Qaydaları pozanlar cərimələndilər

!Reklam – Yazi

Zaqatalada yol hərəkəti təhlükəsizliyini daha səmərəli təşkil etmək və qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində təşkil olunan reydlər zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər qayda pozuntularına yol verən 39 sürücü müəyyən olunub.

Polis əməkdaşları tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib.

www.yenicag.az

290
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv