!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqatalada vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

!Reklam – Yazi

Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin mühasibi barəsində cinayət işi başlanılıb.

Bu barədə Yenicag.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Belə ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini təmin edərək, imzalayıb təsdiqləməklə ayrı-ayrı şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satmasına və ya icarəyə verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edərək imza etməklə sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Toplanan sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv