!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaqataladakı yağ sexində güclü YANĞIN

!Reklam – Yazi

Zaqatala rayonununda sexdə yanğın baş verib.

Yenicag.az xəbər veri ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb.

“Sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə məlumatda qeyd olunub.

***

Zaqatalada yağ sexində yanğın olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün axşam saat 17:27-də rayonun Aşağı Tala kənd inzibati ərazisində rayon sakini Bayram Məmməd oğlu Vanasiyevə məxsus, ümumi sahəsi 150 kv/m olan yağ yexində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və sexin içərisində olan 2 ədəd aparatı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

343
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv