!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarinadan QALMAQALLI SÖZLƏR: “Sənəti yoxdur, kirayə götürdüyü maşınla özünü reklam edir”

!Reklam – Yazi

“Neyləsin yazıq, sənəti yoxdur, kirayə götürdüyü maşınla özünü reklam edir”.

Bunu Yenicag.az-a açıqlamasında gənc aktrisa Zarina Qurbanova deyib.

Aktrisa bəzi həmkarlarından fərqli olaraq, qalmaqal, dedi-qodu, bahalı villa və avtomobillə gündəmə gəlmədiyini və bunu özünə sığışdırmadığını bildirib.

O, bu yolla gündəmə gələn sənətçilərə atmaca da atıb:

“Bir çox sənətkarlarımız var ki, ancaq gördüyü işi ilə gündəmə gəlir. Bu, bütün sahədə çalışanlara, eləcə də aktyor, aktrisalarımıza da aiddir. Bunu özümə də aid edirəm. İndiyə qədər heç kim deyə bilməz ki, Zarina olmayan maşını, açıq-saçıq geyimlərdə çəkdirib yaydığı fotoları, kiminləsə bilərəkdən etdiyi dava-dalaşları ilə gündəmə gəlir. Həmişə üzərimdə işləib, hansısa layihələrimlə gündəm yaratmışam. Məncə ən doğru olan budur. Bəziləri isə baxırsan ki, bir günlük kirayə avtomobil götürüb, özünü reklam edir. Orada-burada da ağızdolusu deyir ki, öz maşınımdır, filan qiymətə almışam və s. Yaxud da estetik əməliyyatları, özlərinin olmayan villaları, heç kimə lazım olmayan qalmaqalları, açıq-saçıq görüntüləri ilə diqqəti üzərlərinə çəkmək həvəsi ilə alışıb-yanırlar.
Neyləsin yazıq, gərək sənət ola ki, onunla da reklam olunsun.

Mənə görə tamaşaçıya maraqlı olan sənətçinin gördüyü işlərdir. Adım da həmişə belə işlərlə hallanır”.

Heç vaxt ailəmin adı hallanmayıb, kimlərləsə dava etməmişəm. Dava olsa da, ocağı mən yandırmamışam. Oynadığım obrazlar, ortaya çıxardığım layihələr müzakirə olunub.

Cəvahir

www.yenicag.az

1004
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv