!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zarinadan SƏMİMİ ETİRAF: “Bu gedişlə evdə qalacam”

!Reklam – Yazi

“Gün ərzində sosial şəbəkələrdə şəxsimə yazanların sayı-heçabı yoxdur…”.

Bunu aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında “sosial şəbəkələrdə tanış olub, evlənməyə münasibətiniz necədir?” sualını cavablandırarkən deyib.

O, adi qızların bu məsələdə tanınmış sənət adamlarına nisbətən daha şanslı olduqlarını bildirib:

“İnsanın qismətinin nə vaxt qarşısına çıxacağı bəlli deyil. Onunla təsadüfən getdiyin yolda, məkanda, iş yerində də qarşılaşa bilərsən, internet vasitəsi ilə də…

Ətrafımda neçə rəfiqəm və dostum var ki, internet vasitəsi ilə ailə qurublar və çox xoşbəxt cütlüklərdir. Qaldı ki, özümə, bu, çətin məsələdir. Gün ərzində sosial şəbəkələrdə şəxsimə yazanların, sevgi və evlilik təklifi edənlərin sayı-heçabı yoxdur. Amma onların nə dərəcədə səmimi olduqlarını bilmək asan məsələ deyil. Hansı fanatdır, heyrandır, yoxsa ailə qurmaq məqsədi ilə yazır, bunu araşdırmaq çətindir.

Digər qızlardan biz incəsənət adamlarının fərqi və pis tərəfi bundadır ki, kimsə sosial şəbəkələrdə bizə yazanda, evlilik təklifi edəndə ona görüşüb-danışmaq üçün şans vermirik. Ağlımıza min dənə fikir gəlir. Düşünürük bəlkə bu, adi fanatdır, ya qatildir, məni öldürər, yaxud da, bunun arxasında adımı ləkələmək məqsədi dayanır. Bu gedişlə də evdə qalana oxşayıram. Amma dediyim kimi məşhurlardan bu yolla tanış olub evlənənlər də az deyil. Bildiyimə görə, həyat yoldaşı Sevda Yahyayevaya ilk dəfə internet vasitəsi ilə yazmışdı, indi də çox xoşbəxtdirlər, gözəl bir övladları da var. Qismətdən asılıdır. Bəlkə elə mənim də qismətim internet vasitəsi ilə üzə çıxacaq. Amma bilmək də olmaz, çünki sadaladığım səbəblərə görə SMS-lərə baxmıram”.

Cəvahir

www.yenicag.az

232
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv