!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zatulin: “Onlar Azərbaycan vətəndaşlığını bu səbəbdən götürmür” – Ermənilərin PİS NİYYƏTİ

!Reklam – Yazi

“Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını ona görə qəbul etmir ki, sabah müharibə olsa, Ermənistana qarşı vuruşmalı olacaqlar”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına ehtiyac yoxdur.

“Azərbaycan düşünməlidir ki, erməni əhalisinin Qarabağa qayıtması üçün mövcud şərait o qədər də uyğun deyil.

Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını davam etdirmək üçün əsaslar var.
Onların orada olması ermənilərə tarixi və mədəni irsin qorunması ilə bağlı müəyyən təminat verəcək. Ona görə Rusiya sülhməramlılarının bölgədən çıxarılmasına ehtiyac yoxdur”, – Zatulin deyib.

O, həmçinin Qarabağ ermənilərinin geri qayıtmaq istəməməsinin səbəbini açıqlayıb.

“Qarabağ erməniləri geri qayıtmaq istəmir, çünki onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar.

Ermənilər Azərbaycan vətəndaşlığını götürsələr, Azərbaycan Ordusuna çağırılacaqlar və gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi yaranarsa, Ermənistana qarşı döyüşməli olacaqları qorxusu var”, – ermənipərəst siyasətçi vurğulayıb.

Zatulin onu da bildirib ki, əgər şərait rahat olarsa, Qarabağ ermənilərinin bir hissəsi geri qayıdacaq.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv