!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaur Mirzə-zadənin işi yenidən araşdırılacaq

!Reklam – Yazi

Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzə-zadə barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

Yenicag.az APA-ya istinadən xəbərə verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda məhkum şəxs barəsindəki qərar ləğv edilib.

Zaur Mirzə-zadənin vəkili Kamran Musayev bildirib ki, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Baxış iclası yaxın günlərdə keçiriləcək.

Xatırladaq ki, Zaur Mirzə-zadə və daha dörd nəfər Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzə-zadəyə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzə-zadə beş il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

Zaur Mirzə-zadə həm də “bakutime.az”, “xalq.az” saytlarının rəhbəri idi.

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv