Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zavodda güclü partlayış: yaralananlar var - Azərbaycanda

Mingəçevir şəhərindəki “Azneftmaş” ASC-də partlayış olub, iki nəfər xəsarət alıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

2388
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM