!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaxarova yenə İrəvana dərs keçdi

!Reklam – Yazi

Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir.

Yenicag.az Sputnik-ə istinadla xəbər verir ki, o, radiostansiyanın efirində bildirib:

“Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ictimai rəyə söykənmədən, plebisitin nəticələrinə əsaslanmadan ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Üstəlik, seçkiyə gedərkən dediklərinin hamısına zidd qərarlar verirlər.

Biz heç kimə zorla nəsə sırımırıq, məsləhət vermirik, demirik ki, bu, edilməli idi, onu edilməməli idi. Bu, sadəcə olaraq, faktın ifadəsidir…

Ermənistan üçün taleyüklü məsələ ilə bağlı qərarlar erməni xalqının rəyi nəzərə alınmadan qəbul edilib. Brüssel və Parisin himayəsi altında xaricdə hardasa qəbul olunurlar. Görünür, içəridən xalqın qəzəbinə qarşı informasiya texnologiyaları sığortası hazırlanır, sonra isə baş vermiş və qaçılmaz olan bir şey kimi təqdim edilir.

İrəvan Qərbin himayəsi ilə danışıqlara məhz bu mövqedən başlayıb. Bunu başa düşmək lazımdır”.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv