!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ZAXAROVANIN İSTİNAD ETDİYİ BƏYANAT: “Buna Türkiyənin hüquqi əsası çatır” - ŞƏRH

!Reklam – Yazi

“Bəyanata əsasən Türkiyə bölgəyə əsgər göndəribsə, bu mövzuda fikir billdirmək Türkiyənin səlahiyyətindədir”.

Bu sözləri R.T.Ərdoğanın Vilnüs Sammitindəki çıxışına M.Zaxarovanın cavab reaksiyasını dəyərləndirən siyasi ekspert Asif Nərimanlı Yenicag.az-a açıqlqamasında bildirib.

O qeyd edib ki, Rusiyanın məsələyə bu cür münasibət sərgiləməsinin səbəbi sülhməramlı kontingentin mandat müddətinin bitməsinə az zamanın qalması ilə bağlıdır:

“Əslində M.Zaxarova çıxışında açıq şəkildə qeyd edir ki, Türkiyə “Üçtərəfli Bəyanat”ın tərəfi deyil. Bununla demək istəyir ki, bu mövzuda Türkiyənin fikir bildirməsinə hüquqi əsası yoxdur.

Bu, bir növ Türkiyəyə mesajdır və bu ölkənin bölgədəki məsələlərə qarışmasına qarşı mənfi reaksiyadır. Bu yolla Ankaranı uzaqlaşdırmağa cəhd edirlər. Amma məsələnin əslinə nəzər salsaq, adıçəkilən ölkənin həm siyasi, həm də hüquqi baxımdan bunu istəməyə haqqı çatır.

Çünki “Üçtərəfli Bəyanat”ın 8-ci bəndində qeyd edilir ki, tərəflər arasındakı razılaşmanı qorumaq və bölgədəki vəəziyyətə nəzarət etmək məqsədilə Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaradılmalıdır. Türkiyə əsgəri də məhz həmin razılaşmanın qeyd edilən bəndinə əsasən bölgəyə gəlib və Ağdamda olan birgə monitorinq mərkəzində fəaliyyət göstərir.

Bu ondan xəbər verir ki, Türkiyənin məhz elə Zaxarovanın istinad etdiyi bəyanata uyğun olaraq məsələm ilə bağlı fikir bildirməyə hüquqi əsası vardır. Doğrudur, sözügedən mərkəzin praktiki baxımdan fəaliyyəti heç də istənilən vəziyyətdə deyil. Amma madam ki, bu bəyanata əsasən Türkiyə bölgəyə əsgər göndəribsə, bu mövzuda fikir billdirmək Türkiyənin səlahiyyətindədir.

Digər tərəfdənsə, Azərbaycan və Türkiyə arasında müvafiq müqavilələr mövcuddur ki, buraya “Şuşa Bəyannaməsi” də daxildir. Adıçəkilən müqaviləyə əsasən, Azərbaycan ərazisində baş verən müharibələrə Türkiyənin müdaxilə etməsinə hüquqi baxımdan ixtiyarı var. Qarabağ beynəlxalq aləmdə Azərbaycanın bir hissəsi kimi tanınır. Beləlikilə də Türkiyənin həm siyasi, həm də hüquqi baxıımdan məsələ ilə bağlı münasibət bildirməsinə səlahiyyəti çatır.

Rusiyanın məsələyə bu cür münasibət sərgiləməsinin səbəbinə gəlincə, aydındır ki, sülhməramlıların mandat müddəti 2025-ci ilə qədərdir. Razılaşmaya əsasən, qeyd olunmuş tarixə altı ay qalmış tərəflərdən biri missiyanın xitam verilməsi ilə bağlı müraciət etmirsə, müddət daha 5 il uzadılır. Tərəflərdən biri buna qarşı çıxarsa, missiya başa çatmış olur. Azərbaycanın da bundan imtina etməsinə hüququ var.

Missiya adı altında ölkəmizin suverenliyini pozan addımların atılması Azərbaycanın bundan imtina etməsinə şərait yaradır. Zaman yaxınlaşdıqca, bu tip məsələlər daha da aktuallaşacaq. Proseslərin gedişatı onu göstərir ki, Azərbaycan addımını atmağa hazırlaşır. Ərdoğanın da çıxışı Bakı ilə Moskva arasındakı əlaqələrdə Türkiyənin rolu olduğunu göstərir.

Rusiyanın bölgədə qalmaq naminə təyziq etməsi bəlli məsələdir. Lakin Türkiyənin bu mövqeni sərgiləməsi Rusiyanın da tükənməkdə olan təyziq imkanlarını azaldır”.

Yusif Səmədzadə

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv