!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zəfər Qurultayı həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi" - Partiya sədri

!Reklam – Yazi

“Zəfər Qurultayı dünya azərbaycanlıları üçün gələcək fəaliyyət proqramı funksiyasını daşıyır”.

Bu sözləri Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayını dəyərləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri
Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, 2020-ci il Vətən müharibəsi xalqımızın gələcək inkişaf tarixi üçün bir çox kontekstdə yeni mərhələ açdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə vahid amal uğrunda birləşən xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi “dəmir yumruğ”a çevrilib düşmənin başına endi. Birliyimiz, həmrəyliyimiz xalqımızın apardığı mübarizənin simvolllarından birinə çevrildi. Təsadüfi deyil ki, o çətin anlarda yalnız Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız deyil, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız da “Qarabağ Azərbaycandır” şüarını dilində əzbərə çevirmişdi. Həmin günlərdə minlərlə soydaşımız Qarabağın azadlığı uğrunda döyüşmək üçün can atır, yaşadığı ölkədə Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün bütün gücünü ortaya qoyurdu. Bir sözlə, birliyimiz, həmləyliyimiz qələbəmizin mühüm amillərindən biri kimi çıxış etdi:

“Qalib Azərbaycan regionda yeni siyasi, iqtisadi reallıqlar yaradır, qlobal əməkdaşlığın yeni platformalarını formalaşdırır. Bir neçə gün öncə Şuşa şəhərinə yığılan həmvətənlərimiz də məhz qələbənin işığına toplaşdı. Prezident İlham Əliyev tərəfindən Zəfər Qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi. Şuşada keçirilən Zəfər Qurultayının mühüm məqamlarına nəzə salsaq, onun dünya azərbaycanlıları üçün gələcək fəaliyyət proqramı funksiyası daşıdığını görə bilərik. Azərbaycan hökuməti, səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Onu da qeyd edim ki, dövlətimizin illər ərzində apardığı mütəşəkkil, ardıcıl strateji xəttin uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan diasporu keyfiyyət baxımından bir neçə pilləni geridə qoyaraq daha yüksək mərtəbələrdə möhkəmlənib.

Bu ideoloji işin komponentlərindən olan iqtisadiyyatımızın genişləndirilməsi və gənclərimizin yeni dövrün tələblərinə uyğun formalaşdırılması davam etdirilir. Məhz bu amillərin nəticəsidir ki, öz həqiqətlərimizi dünyaya təqdim edə və onu qəbul etdirə bilirik”.

Gülşən Şərif

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv