!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Zəfər tariximiz” adlı filmin təqdimatı oldu - FOTO

!Reklam – Yazi

ADU-nun Magistratura, Doktorantura və Elm şöbələrinin birgə təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş “Zəfər tariximizdir” adlı tədbir təşkil olunub.

Yenicag.az xəbər verir ki, tədbirdə Elm məsələləri üzrə prorektor prof. Novruz Məmmədov, Magistratura şöbəsinin dekanı dosent Firuzə Rzayeva, Doktorantura şəbəsinin müdiri p.f.d. Nərgiz Qarayeva, Elm şöbəsinin müdiri dosent Sevda İmanova, XTQ qazi Ceyhun Sadrayev, qazi polkovnik-leytenant Rüstəm Quliyev, tankçı gizir Ramin Şirinov, doktorant və magistrlər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Dosent Firuzə Rzayeva zəfər günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbən təbrik etdi və zəfər sevincini auditoriya ilə bölüşdü. Sonra çıxış üçün sözü Elm məsələləri üzrə prorektor, professor Novruz Məmmədova verdi. O, 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı, unudulmaz səhifəsi, həmçinin analoqu olmayan qəhrəmanlıq olduğunu bildirdi.

“Bu, xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq mücadiləsi idi”, – deyə N.Məmmədov qeyd etdi.

XTQ qazimiz Ceyhun Sadrayevin 12 dəqiqəlik “Zəfər tariximiz” adlı qısa metrajlı filminin təqdimatı oldu, döyüş yolundan danışdı.

Qazi polkovnik-leytenant Rüstəm Quliyev isə könüllü olaraq xidmətdən imtina edib döyüşə yollandığı haqda, Azərbaycan əsgərinin əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdiyindən bəhs etdi.

Tankçı gizir Ramin Şirinov Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq:

“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi”, -deyən qazimiz Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat olduğunu, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs etdi.

Tədbir iştirakçılarının sual cavabları ilə başa catdı.

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv