!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfərin gətirdiyi yeni DİASPOR ÇAĞIRIŞLARI: Xaricdəki həmvətənlərimizin təşkilatlanmaları nə yerdədir? - TƏHLİL

!Reklam – Yazi

Diaspor quruculuğunun formalaşdırılması dövlətin xaricdə təmsil olunması üçün olduqca vacib, prioritet məsələlərdən biridir. Azərbaycan Respublikasının da qarşısına qoyduğu əsas məsələlərdən biri məhz sərhədlərdən kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, ölkə maraqlarının müdafiəsi işinə cəlb edilməsidir. Diaspor təşkilatlarımızın Azərbaycanın haqq səsini, reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün gördüyü işlər danılmazdır. Ölkənin xaricdə təmsil olunmasında, xarici siyasətində, habelə münaqişələrin yumşaq yolla həllində diaspor təşkilatlarının rolu əhəmiyyətli dərəcədə çoxdur. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının təbliğinin nəticəsidir ki, bu gün azərbaycanlılar dünyanın digər xalqlarından həmrəyliyi ilə yaxşı mənada fərqlənməkdədir.

Mövzu ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə bildirib ki, diaspor siyasətini prezident, fəaliyyət istiqamətini müəyyənləşdirən isə diaspor komitəsidir:

Pərviz Məmmədzadə
Pərviz Məmmədzadə

“XİN, diaspor təşkilatları, səfirliklər, konsulluqlar bu siyasətin icraçılarıdır. Diaspor fəaliyyəti koordinasiyalı şəkildə həyata keçirilməlidir. Son illər bu sahədə aktivləşmə müşahidə edilir. Bu da 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz nəticələrin yanasmasıdır. Xaricdə yaşayan diaspor nümayəndələrimiz Azərbaycanın məğlub yox, qalib olan ölkə kimi tanınmasında böyük rol oynayırlar. Bu da özünü bütün ölkələrdə göstərir.

Biz Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasıyıq. Türkiyədə bir çox dərnəklərimiz fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olmasının səbəbi müttəfiqlikdən əlavə qardaşlıq münasibətlərinin olmasıdır.

Diaspor təşkilatlarının sayının çox olmasına yox, keyfiyyətinin yüksək olmasına diqqət ayırmaq lazımdır. Gələcəkdə hansısa ölkədə yeni diaspor təşkilatları qurulacaqsa, həmin ölkə daxilindəki nümayəndəliklərlə koordinasiyalı şəkildə fəaliyyət metodunun seçilməsi vacib amillərdən biridir”.

Bu barədə Konfliktalogiya Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vüqar Qədirov da Yenicag.az-a öz fikirlərini səsləndirib.

Vüqar Qədirov
Vüqar Qədirov

O, bildirib ki, Azərbaycan diasporunun fəaliyyəti son illər nəzərə çarpacaq dərəcədə güclənib:

“Bunun isə əsas səbəbi məhz Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etməsi ilə bağlıdır. Tarixə qızıl hərflərlə yazılan qələbədən sonra xüsusən xaricdə yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin ətrafında həmrəy olaraq birləşdi. Müxtəlif səbəblərdən xaricə köçüb yaşayan azərbaycanlıların erməni diasporu ilə müqayisədə olduqca zəif göründüyünü etiraf etmək lazımdır.

Azərbaycanın xarici siyasətinə təsir edə biləcək şəxslərin qeyri qənaətbəxş fəaliyyəti diaspor təşkilatları ilə əlaqələrə də öz mənfi təsirinin göstərirdi. İstər Azərbaycan daxilində, istərsə də xaricdə yaşayan hər bir azərbaycanlı 44 gün davam edən müharibə zamanı monolit səviyyədə yumruq kimi birləşdi. Azərbaycan xalqının hər bir vətəndaşının həmrəy olaraq birləşməsi təbii prosesin nəticəsi idi. Bu birlik sayəsində biz 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdik.

Xaricdə yaşayan həmvətənlərimiz 44 günlük müharibədən sonra ruhlanaraq bu məsələlərə daha vətənpərvər mövqedən yanaşır. Dünya azərbaycanlılarının birlik nümayiş etdirməsi erməni diasporunu və Ermənistana havadarlıq edən, sülh istəməyən qüvvələri məyus vəziyyətə düçar edir. Diaspor məsələləri üzrə görüləcək hələ çox iş var. Bu səbəbdən hər bir azərbaycanlı – xaricdə yaşayan, təhsil alan həmvətənlərimiz diaspor fəaliyyətində öz müsbət rolunu oynamalı, dövlət üçün töhfələrini verməlidir. Dövlətin diaspor quruculuğu sahəsində gördüyü işlərin kəmiyyəti və keyfiyyəti artırılmalıdır. Buna isə yalnız və yalnız hər bir azərbaycanlı dövlət ətrafında birləşərsə, nail olmaq olar.

Azərbaycanla dost olan ölkələrin diaspor təşkilatları ilə əlaqələr gücləndirilməli, birgə həmrəylik nümayiş olunmalıdır. Yalnız bu zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına nail ola bilərik. Bu kimi məsələlərdə ayrı-seçkiliyə yol verilməməlidir. Azərbaycandan kənar yaşayan hər bir vətəndaş ilə fərdi şəkildə maraqlanmaq, onların problemləri, qayğıları və qeydlərinə qalmaq lazımdır”.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə isə bildirib ki, diaspor siyasətini prezident, fəaliyyət istiqamətini müəyyənləşdirən isə diaspor komitəsidir:

“XİN, diaspora təşkilatları, səfirliklər, konsulluqlar bu siyasətin icraçılarıdır. Diaspora fəaliyyəti koordinasiyalı şəkildə həyata keçirilməlidir. Son illər bu sahədə aktivləşmə müşahidə edilir. Bu da 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz nəticələrin yansımasıdır. Xaricdə yaşayan diaspora nümayəndələrimiz Azərbaycanın məğlub yox, qalib olan ölkə kimi tanınmasında böyük rol oynayırlar. Bu da özünü bütün ölkələrdə göstərir.
Biz Türkiyədə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasıyıq. Türkiyədə bir çox dərnəklərimiz fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin yaxşı səviyyədə olmasının səbəbi müttəfiqlikdən əlavə qardaşlıq münasibətlərinin olmasıdır.
Diaspora təşkilatlarının sayının çox olmasına yox, keyfiyyətinin yüksək olmasına diqqət ayırmaq lazımdır. Gələcəkdə hansısa ölkədə yeni diaspora təşkilatları qurulacaqsa həmin ölkə daxilindəki nümayəndəliklərlə korrdinasiyalı şəkildə koordinasiyalı şəkildə fəaliyyət metodunun seçilməsi vacib amillərdən biridir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə yürütdüyü siyasəti” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv