!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəhərlənmə ilə bağlı müraciətlərin sayı artdı

!Reklam – Yazi

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Bu barədə Yenicag.az-a Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb:

“Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb. Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib”.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv