!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zehni sağlamlığın düşməni olan 5 VƏRDİŞ - ARAŞDIRMA

!Reklam – Yazi

Gündəlik həyatımızda zərərsiz görünən bəzi vərdişlər, əslində, çox zərərlidir. Sağlam yaşamağın ən yaxşı yolu beyni düzgün kodlaşdırmaqdır. Gün ərzində edilən hərəkətlərin bəziləri nə qədər bilinməsə də, sağlamlığa ziyandır.

Bəs həmin vərdişlər hansılardır? Beynimizi necə kodlaşdırmalıyıq?

Yenicag.az ən zərərli vərdişləri təqdim edir.

Bildiyimiz kimi, musiqi ruhun qidasıdır. Amma çox yüksək səslə mahnıya qulaq asmaq ziyandır. Bu vərdiş eşitmə itkisinə belə gətirib çıxara bilər. Karlaşma prosesi özü ayrı bir problemdir, amma kar olan insanlarda Altsheymer xəstəliyinin yaranma ehtimalı daha yüksəkdir.

Hər nə qədər gündəlik həyatda mənfi şeylər baş versə də, o enerjini insan özündən uzaqlaşdırmalıdır. Hər şey haqqında mənfi düşünmək psixi sağlamlıq üçün çox zərərlidir. Belə ki, daima narahat və stresli olmaq depressiya, vəsvəsə, erkən yaşlanma, və s. kimi problemlərə yol açır.

İnsanların çoxu vəziyyət ciddiləşənə qədər xəstəxanaya getmir. Lakin bu ən yalnış davranışlardan biridir. Cəmiyyətimizdə bu “özünə sevgi”, ” xəstəlik xəstəsi” adlanır. Amma elə deyil. Bir şikayət varsa, dərhal həkimə müraciət edilməlidir. Xəstəliyi əvvəlcədən bilmək sağalma müddətini tezləşdirir.

Aydın məsələdir ki, günümüzdəki işlərin çoxu oturaq həyat tərzini tələb edir. Oturaq həyat tərzi isə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Günün 7-8 saatını oturaraq keçirmək piylənmə, şəkər və ürək xəstəliklərinin yaranmasına yol aça bilər.

Ən zərərli və populyar vərdiş isə tütün məmulatlarının istifadəsidir. Siqaretlərin qaraciyər, ürək və s. kimi orqanlara ziyanı hər kəsə məlumdur. Bundan əlavə, siqaretlər beyin üçün də çox zərərlidir. Tütün məmulatlarından istifadə edən insanlar daha aqressiv, stresli olur, eyni zamanda digər insanlarla müqayisədə erkən yaşlanır.

Şahanə Paşa

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv