Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi: İnsanların və İnsanlığın qatillərinə qarşı birləşək!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci ilin iyul ayının 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşlar. Atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir.

“Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi olaraq Dağlıq Qarabağda baş verən bu kimi insanlığa zidd əməlləri qəti şəkildə pisləyirik! Biz müstəqil Azərbaycanın vətəndaşları olaraq, dünya ictimaiyyətinin diqqətini məhz bu proseslərə yönəltmək istəyirik. 20% torpağı işğal edilən, 1 milyondan artıq qaçqını olan ölkənin 2 yaşlı körpəsi evində vəhşicəsinə qətlə yetirilir və dünya ictimaiyyəti buna hələ də susur! Bu Terrordur!.. Dinc əhaliyə qarşı törədilmiş terror! Gənclər mərkəzi olaraq dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Gənclər Təşkilatlarına, Beynəlxalq Gənclər Assosiasiyalarına, gənclər ilə çalışan, uşaqların müdafiəsi ilə məşğul olan qurumlara səslənirik:
– “Zəhralar ölməsin! Uşaqlar müharibələrin qurbanı olmasın, öz ata yurdlarından didərgin düşən insanlar unudulmasın! Hər birimiz var gücümüzlə terrora “Dur” deyək! Daha gözəl bir dünya üçün həmrəy olaq, insanların və insanlığın qatillərinə qarşı birləşək! Bizim haqq səsimizə səs verin! Çünki biz sülh, əmin-amanlıq istəyirik. ”
Məlumat üçün qeyd edək ki, bəyənat 10 xarici dilə tərcümə olunaraq dünyanın müxtəlif Beynəlxalq təşkilatlarına və siyasətçilərinə göndərilmişdir. (7news.az)

Yenicag.Ru

www.yenicag.az

415
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM