Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Yenicag.az xəbər verir ki, bunu təşkilatın sədri Zahir Məlikli elan edib.

Z. Məlikli bildirib ki, “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:

“Bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

Qeyd edim ki, təşkilatımız Şuranın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə qrant müsabiqəsində qalib olub. Ölkədə və dünyada gözlənilməz situasiyanın yaranmasını nəzərə alaraq, “İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəmizin istiqamətini dəyişərək, koronavirusla bağlı maarifləndirmə işlərini həyata keçirməyi düşünürük.

Ümid edirəm ki, tibbi sahədə ixtisaslaşmış komandamızla birlikdə ölkə üçün ciddi problemə çevrilən koronavirusla mübarizədə Şuranın başlatdığı layihəni dəstəkləyəcək, ölkə vətəndaşlarının maarifləndirilməsi, onların risklərdən uzaq olması, sağlamlıqlarını qoruması istiqamətində öz töhfəmizi

www.yenicag.az

374