!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski Ali Hərbi Komandanlığı topladı – Generallara təcili tapşırıqlar verildi

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Hərbi Komandanlığın təcili toplantısını keçirib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ali Hərbi Komandanlığın iclasında “təhlükəsizliklə bağlı təxirəsalınmaz tədbirlər” müzakirə edilib.

Ölkənin müdafiə və təhlükəsizlik sektoru rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda cəbhədə yaranmış mövcud vəziyyət ətraflı təhlil edilib.

Toplantıda əsas diqqət Ukrayna Silahlı Qüvvələrinin zəruri silah-sursat və hərbi texnika ilə təchiz edilməsinə yönəlib.

İclasda Ali Hərbi Komandanlığın ötən toplantılarında qəbul edilmiş qərarların icra vəziyyətinə də toxunulub.

Toplantıda çıxış edən prezident Vladimir Zelenski əmrlərin icrası ilə bağlı müdafiə və təhlükəsizlik sektoru rəhbərlərinin fərdi məsuliyyətini onlara xatırladıb.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv