!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski buna görə Azərbaycana təşəkkür etdi

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə o, ənənəvi axşam videomüraciətində bildirib.

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerji sektorumuza da müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın enerjilə dəstəklənməsi çox vacibdir”, – deyə dövlət başçısı qeyd edib.

Daha əvvəl Azərbaycanın ilin sonuna qədər paylayıcı şəbəkələrinin bərpası üçün avadanlıqları Ukraynaya verməsi planları açıqlanıb./Oxu.az/

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv