!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Zelenski ilə Putinə 24 saata sülh sazişi imzalatdıracağam" - Donald Tramp

!Reklam – Yazi

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp yenə Ukrayna savaşı ilə bağlı iddialı çıxışlar edib.

Yenicag.az bildirir ki, o, bu barədə “Fox News”un aparıcısı Şon Hannitiyə verdiyi müsahibədə danışıb.

Tramp deyib ki, 2024-cü il prezident seçkilərinin sonuna qədər müharibə bitməsə və o, yenidən Ağ Evə seçilsə, “bir gün ərzində” sülh sazişi imzalanacaq.

“Əgər problemin öhdəsindən gəlməsələr, mən bunu Zelenski və Putinlə 24 saat ərzində həll edəcəm. Çox asan üsul var, amma bunun nə olduğunu sizə demək istəmirəm. Çünki o zaman bundan istifadə edə bilmərəm”.

Sabiq prezident həmçinin, Ukrayna savaşı ilə bağlı xəbərdarlıq da edib:

“Seçkilərə qədər bu məsələ, yəqin ki, həll olunmayacaq. Biz də bu axmaqların etdikləri davranışlara görə Üçüncü Dünya Müharibəsinin içərisində olacağıq. Bu, nüvə müharibəsi ilə nəticələnə bilər”.

Tramp Putinlə çox yaxşı anlaşdığını və 2020-ci ildə yenidən prezident seçilsəydi, Rusiyanın Ukraynaya müdaxiləsinin heç vaxt baş verməyəcəyini də iddia edib. /Sfera/

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv