!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski İtaliyanın baş nazirini utandırdı: “Gələn dəfə savaş qrafikini dəyişərəm”

!Reklam – Yazi

Ukrayna prezidenti onunla rabitə yarada bilmədiyini deyən İtaliyanın Baş nazirinin gileyinə münasibət bildirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ona zəng etmiş İtaliyanın Baş naziri Mario Draqi ilə danışa bilməməsinin səbəbini açıqlayıb.

Zelenski bu barədə özünün “Twitter” hesabında bunları yazıb:

“Bu gün Çerniqov, Qostomel və Melitopol ətrafında ağır döyüşlər getdi, insanlar həlak oldu. Gələn dəfə savaş qrafikini dəyişərəm ki, Mario Draqi ilə razılaşdırılmış vaxtda danışa bilim”.

Qeyd edək ki, İtaliyanın Baş naziri Mario Draqi Zelenski ilə növbəti telefon danışığı müddətini razılaşdırsalar da, Ukrayna prezidentinin rabitəyə çıxmamasından gileylənmişdi.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv