!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski İzyuma gedib Krıma mesaj göndərdi: "Biz gələcəyik"

!Reklam – Yazi

Ukrayna lideri Vladimir Zelenski Rusiya qoşunlarından geri alınan İzyum şəhərində keçirilən mərasimdə iştirak edib.

Yenicag.az xəbər verir ki, şəhərə gələn Zelenski İzyum Şəhər Şurasının binası qarşısında Ukrayna bayrağının qaldırılması mərasiminə qatılıb.

Mərasimdən sonra mətbuat mənsublarının suallarını cavablandıran Zelenski Rusiyanın 2014-cü ildə qanunsuz olaraq ilhaq etdiyi Krım sakinlərinə mesaj göndərib. Krımlıların 8 ildir böyük faciə yaşadıqlarını bildirən Zelenski: “Mənim (Krım sakinlərinə – red.) mesajım odur ki, biz gələcəyik. 8 il ərzində Rusiya televiziyasında aparılan təbliğatın bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bilirik ki, həqiqət bizim tərəfimizdədir. Bu o deməkdir ki, biz gələcəyik. Nə vaxt olacağını bilmirəm. Heç kim də bilmir, amma planlarımız var və gələcəyik. Çünki bu bizim torpağımızdır və onlar da bizim xalqımızdır. Ona görə də gələcəyik”, – deyib.

Mərasimdə Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırskiy, Prezident Aparatının rəhbəri Andrey Yermak və Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo da iştirak ediblər.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv