!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski Putinin yeni hədəfini açıqladı - “Müharibə artıq…”

!Reklam – Yazi

“Rusiya ilə müharibənin artıq yeni dalğası başlayacaq,  Ruslar bizə qarşı raketdən istifadə edə, hətta bizi havadan daha çox bombalaya bilərlər. Biz də onların edəcəklərinə hazır olmalıyıq. Onlara cavab verəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ruslar Buçadakı qətllərlə heç bir əlaqələrinin olmadığını deyirlər, cinayətlərin arxasında bizim dayandığımızı iddia edirlər”, – deyən Zelenski əlavə edib: “Bilirsinizmi niyə belə deyirlər? Çünki qorxaqdırlar. Onlar etiraf etməkdən qorxurlar”.

Vladimir Zelenski qeyd edib ki, Rusiya qüvvələrinin əsas hədəfləri iki böyük şərq ərazisini ələ keçirməyə və cənub sahili boyunca Krımdan şərqdə Rusiya sərhədinə qədər quru dəhlizinin yaradılmasına yönəlib.

Qeyd edək ki, Putin Ukraynadakı müharibənin idarə edilməsini general Aleksandr Dvornikova təhvil verib.

Bundan sonra açıqlama verən Ukrayna xarici işlər naziri Dmitri Kuleba, “Ukrayna Kiyev uğrunda müharibədə qalib gəldi. İndi qarşıdan daha bir müharibə, Donbass müharibəsi gəlir”, – demişdi.

www.yenicag.az

1990
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv