!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski Rusiya mətbuatına müsahibə verdi - Dərci qadağan edildi / YENİLƏNDİ 

!Reklam – Yazi

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı müxalif jurnalistlərə müsahibə verib.

Rusiya senzurasının əsas orqanı olan Roskomnadzor dərhal müsahibənin yayımını qadağan edib.

“Bir sıra Rusiya KİV-i, o cümlədən xarici agent funksiyalarını yerinə yetirən xarici media Ukrayna prezidenti V.Zelenskidən müsahibə alıb. Roskomnadzor Rusiya mediasına xəbərdarlıq edir ki, bu müsahibəni dərc etməkdən imtina etsin. Məsuliyyət dərəcəsinin müəyyən edilməsi və tədbir görülməsi üçün müsahibə götürülmüş media orqanlarına qarşı yoxlamalara başlanıb”, – deyə qurumdan verilən açıqlamada bildirilib.

***

17:29

Ukrayna Prezidenti Vladimir Zelenski müharibə başlayandan sonra ilk dəfə Rusiya mətbuatına müsahibə verib.

Yenicag.az “Meduza”ya istinadən xəbər verir ki, Prezidentlə müsahibə iki saat çəkib.

Dövlət başçısı Rusiyanın “Meduza” internet nəşrinin baş redaktoru İvan Kolpakov, “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko, yazıçı və jurnalist Mixail Zıqar, “Kommersant”ın müxbiri Vladimir Solovyovla telefonla danışıb.

Qeyd edək ki, adıçəkilən jurnalistlər Rusiyada əsasən müxalif mövqeyi ilə seçilir.

www.yenicag.az

418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv