!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski və Putin İndoneziyada görüşə bilər

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.

Yenicag.az xəbər verir ki, məlumatı Vladimir Zelenski tviter səhifəsində paylaşıb.

“İndoneziyanın Prezidenti Coko Vidodo ilə teefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”liyin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, – Vladimir Zelenski yazıb.

Rusiya “G-20”liyin üzvüdür. Məlumata görə, İndoneziya RF Prezidenti Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.

“Bloomberg” isə yazıb ki, Rusiya və Ukrayna liderlərinin həmin sammit çərçivəsində görüşə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv