!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski xüsusi formatlı hərbi kabinetin iclasını keçirdi

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski xüsusi formatlı hərbi kabinetin iclasını çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının teleqram kanalındakı açıqlamasında bildirilib.

Qeyd olunub ki, tədbirdə bütün hərbi komandanlar iştirak ediblər.

“Onların öz döyüş istiqamətləri, müdafiə və hücum əməliyyatları, xüsusi tapşırıqlarla bağlı məruzələri dinlənilib. Vacib mövzularla bağlı açıq söhbətlər aparılıb”, – deyə Prezident qeyd edib.

Vurğulanıb ki, eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zaslujnı, müdafiə naziri Rüstəm Umerov, MN-in Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun məruzələri dinlənilib.

“Tərəfdaşlarımızın etdiyi tədarüklər, daxili istehsalımızla gücləndirilmiş və konkret müddətləri, hesablamaları nəzərdə tutan gələcək əməliyyatların planı tərtib edilib. Müdafiə və sənaye kompleksimizin imkanlarının genişləndirilməsi müzakirə olunub. Mövqelərimiz razılaşdırılıb. İrəliləməyə davam edirik”, – deyə Zelenski əlavə edib.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv