!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski yenə seçkilərdən danışdı: “Vaxtı deyil”

!Reklam – Yazi

Ukrayna prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsi ehtimalını şərh edib.

Yenicag.az “Bild”ə istinadən xəbər verir ki, Zelenski “indi bunun vaxtı deyil” deyib.

Ukrayna prezidenti müraciətində deyib ki, o, Ukraynada seçkilərin keçirilməsini vaxtsız qərar hesab edir.

“Hesab edirəm ki, indi seçki vaxtı deyil. Əgər bu və ya digər siyasi çəkişmələrə son qoymaq və yalnız birlik içində işləmək lazımdırsa, dövlətin buna son qoymağa qadir olan və cəmiyyətə bütün lazımi cavabları verməyə qadir strukturları var”, – deyə Zelenski bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Zelenskinin 2024-cü ildə prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi. Qanuna görə, Ukraynada hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qadağandır və bu vəziyyət ölkədə ən azı gələn il fevralın 14-dək qüvvədə qalacaq.

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv