!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskidən çox ciddi böhran XƏBƏRDARLIĞI: Savaşı bir kənara qoyub həyəcanverici xəbəri paylaşdı

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 20 milyon ton ərzaq ixracının qarşısını aldığını bildirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski bu hadisənin ərzaq böhranına səbəb olacağını qeyd edib:

“Rusiya Ukrayna limanlarındakı maneələrini aradan qaldırmasa, bir çox ölkə başda buğda olmaqla, ərzaq böhranı ilə üzləşəcək”.

“Rusiya taxıl, arpa, günəbaxan və daha çox ərzaq ixrac edilən demək olar ki, bütün limanları bağlayıb. Dünya Rusiyanın maneələri aradan qaldırmasına kömək etməlidir, əks halda enerji böhranının ardınca ərzaq böhranı yaranacaq. Liman maneələrini aradan qaldırmağın yollarından biri isə hərbi həlldir. Ona görə də silahlarla bağlı araşdırmalar üçün tərəfdaşlarımıza müraciət edirik”, – deyə Zelenski digər ölkələrə ismarış ünvanlayıb.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə sosial media hesabından mövzu ilə bağlı açıqlama verib.

Kuleba Rusiyanın limanları bağlamaqla milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyduğunu yazıb.

Qeyd edək ki, müharibədən əvvəl dünya buğda tədarükünün və qlobal ticarətin 30 faizi Ukrayna və Rusiyanın payına düşürdü.

ABŞ Dövlət Departamentinin məlumatlarına görə, Ukrayna dünyanın 4-cü ən böyük qarğıdalı ixracatçısı və dünyanın 5-ci ən böyük buğda ixracatçısıdır.

www.yenicag.az

2794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv