!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin ABŞ səfərindən GÖZLƏNTİLƏR: "Rusiyadan asılılığı azaltmaq üçün..."

!Reklam – Yazi

“Qlobal miqyasda neft və qazdan imtina etmək Rusiyadan asılılığı azaltmaq üçün keçid dövrüdür”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibədən sonra ilk xarici səfəri, ABŞ Prezidenti ilə görüşü və bunun müharibənin gedişatına təsirini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Zelenskinin ABŞ səfərindən sonra Rusiyaya zərbələr daha effektiv ola bilər:

“Müharibə dövründə Zelenskinin başı ancaq ölkədəki problemlərə qarışıb. Son dövrlər Zelenskinin Baxmut ərazisinə gedişi kiçik qələbə olsa da, daha çox ordunun mənəvi-psixoloji durumunun artırılması, mükafatların verilməsi, eləcə də xalqda qələbə ruhunun yüksəldilməsi naminə edilmiş səfər kimi qiymətləndirilir.

Beynəlxalq miqyasda da Ukraynanın maraqlarını qorumaq üçün xarici səfərlərə ehtiyac var. Bu yöndə ilk səfər ABŞ-yə olacaq. Heç şübhəsiz ki, ABŞ Ukraynaya siyasi, iqtisadi, maliyyə, hərbi yardım edən əsas dövlətdir. Baydenlə Zelenskinin görüşü çox böyük əhəmiyyət kəsb edəcək. Eyni zamanda müdafiə nazirləri arasında da görüş keçirilməlidir. Burada artıq müharibənin müqəddaratını həll etmək, Rusiyaya daha sarsıdıcı zərbələr endirmək və Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi yönündə müzakirələr keçiriləcək. Bu səfərlə ABŞ də Rusiyaya qarşı qəti mövqeyini ortaya qoyur.

Rusiyanın bu gün əlində olan əsas kartı qaz amili ilə bağlıdır. Qış mövsümündə dünyanın daha çox qaz və enerji resuslarına görə əziyyət çəkəcəyi anonsları verilsə də, ABŞ də, Avropa İttifaqı da tədbirlər həyata keçirəcək. Hesab edirəm ki, qlobal miqyasda neft və qazdan imtina etmək, Rusiyadan asılılığı azaltmaq üçün də keçid dövrüdür. Artıq Avropada enerjiyə qənaət edilməsi, lüzumsuz yerə işığın yandırılmaması ilə bağlı müxtəlif sosial çarxlar da yayımlanmaqdadır. Bütün bunlar onu göstərir ki, dünya çox sərt iqtisadi və enerji sahəsində qənaətə keçməlidir. istənilən halda müharibəni dayandırmaq üçün Ukraynaya yardımlar edilməlidir. Səfər sonrasında daha geniş həcmdə Ukraynaya yardımları görəcəyik.

ABŞ tarixində müdafiə xərclərinə ən böyük vəsaiti ayırıb. Bu vəsait də ABŞ parlementi tərəfindən təstiqlənib. Bu onu göstərir ki, ABŞ qlobal imperiya siyasəti maraqlarını 2023-cü ildə də davam etdirəcək”.

Səxavət Məmməd

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv