!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin açıqladığı canlı qüvvə İTKİSİ: “Prezident səviyyəsində açıqlanan bu statistikaya...”

!Reklam – Yazi

“Belə bir şəraitdə isə Ukraynanın, yaxud da Rusiyanın itkilərini müəyyənləşdirmək asan deyil”.

Bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibədə 31 min civarında əsgər və zabitin həlak olduğuna dair məlumatına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 2 ildir davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəf ciddi itkilərə məruz qalmaqdadır:

“Müharibənin ilk vaxlarından etibarən, həm Ukrayna, həm də Rusiya əsasən, qarşı tərəfin itkiləri haqqında məlumat verməyə meylli olaraq, öz itkiləri barəsində real statistikanı açıqlamırdılar.

Həmin məlumatlarda isə ayrı-ayrılıqda tərəflərin istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından ağır itkilərə məruz qaldığı iddia olunurdu. Belə bir şəraitdə isə Ukraynanın, yaxud da Rusiyanın itkilərini müəyyənləşdirmək asan deyil.

Lakin Ukrayna prezidenti, həm də ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanı Volodimir Zelenski müharibənin davam etdiyi iki il ərzində həlak olan hərbçilərinin sayının 31 min nəfər olduğunu bəyan etdi.

Bir çoxları bu rəqəmlərin şişirdilmiş olduğunu və həqiqəti əks etdirmədiyini fikirləşsə də, prezident səviyyəsində açıqlanan bu statistikaya etibar etməməyimiz üçün heç bir əsas yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv