!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin aktyorluğu və "Qərb-səmə" haqqında - Aqil Bəkir yazır

!Reklam – Yazi

İki arada, bir dərədə

Rusiyanın Ukraynanın ərazi bütövlüyünü heçə sayaraq bu ölkəyə ordu yeritməsi və müharibənin başlaması fonunda azərbaycanlıların əksəriyyəti təbii olaraq Ukraynaya müxtəlif formada öz dəstəklərini ifadə etdilər.

Ukraynanın ölkəmizdəki səfirliyinin qarşısında keçirilən kütləvi dəstək aksiyası və diplomatik nümayəndəliyin önünə lazımi yardımların gətirilməsi bunu təsdiqləyir.

Uzun illər işğala məruz qalmış bir xalq olaraq işğal faktoru ilə üzləşən Ukraynanın yanında yer almaqdan təbii nə ola bilər?

Əlbəttə, azad cəmiyyətdə yaşayırıq və hər kəs öz düşüncələrini ifadə etməkdə sərbəstdir. Lakin işğalçı ölkəni dəstəkləyənləri heç bir vəchlə anlaya bilmirəm. “Çörəyimiz Rusiyadan gəlir”, nə bilim, “Ailəmizi bu ölkədən gələn pulla dolandırırıq” kimi bəhanələrə sığınıb məzlumun deyil, zalımın yanında səf tutmaq, azı, qorxaqlıqdır. Bunu daha sərt ifadələrlə də söyləyə bilərik. Amma nə lüzum?!

Zelenski haqqında

Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəyə rəhbərliyindən əvvəlki peşəsi haqqında həmvətənlərimizin bir çox rəylərini gördüm. Sən demə, aktyor Zelenski Qərbin “tırka”sına gələrək ölkəni uçuruma aparırmış və burada Putin əminin heç bir günahı yoxmuş. Gülməlidir, deyilmi?

“Aktyor”, “kloun” deyərək təhqir edilən Zelenskinin bu gün ölkəyə necə rəhbərlik etdiyini görürük. Sözünü deməkdən çəkinmir və Rusiyanın qarşısında dimdik ayaqdadır. Buna rişxənd etməkdənsə, alqışlamaq lazımdır. Son olaylar Zelenskinin nəinki Ukrayna, hətta dünya tarixində qalacağını göstərdi. Lakin içimizdəki ruspərəstlər bunu anlayacaq qədər dərin düşüncəyə malik deyillər.

Hələ bir partiya sədri də var ki, onun Zelenski barədə fikirlərini yeni gördüm. Aşağılayıcı tərzdə danışan bu partiya sədri, “KLOUN”dan dövlət başçısı ola bilməz”, – deyə qəti bir fikir də irəli sürür. Görünən odur ki, adamın (!) demokratiyadan xəbəri yoxdur və bununla belə prezidentlik iddiasındadır. Allah hifz eləsin.

Bu anda Firuz Mustafanın Zelenski haqqında fikirlərini qeyd etmək yerinə düşər:

“…Bəli, Zelenski aktyordur. Amma o, müharibə teatrosundakı rolunu vicdanla, məharətlə və şərəflə “oynayır”.

Səmə və Qərb

Biz tərəflərdə (şimal bölgəsində) ağıldankəm, axmaq və səfeh insanlar üçün bir söz işlədilir: Səmə. Nədənsə, Rusiya-Ukrayna-Qərb üçbucağında bu sözü xatırladım. Qərb özünü səməliyə qoyub və Ukraynadan qəribsəməməyi tələb edir. Əslində, adıqalmış Qərbin siyasi şərhlərdən duyduğum “oyun”ları mənə uşaq vaxtı aqressiv itlərə daş atıb onları qıcıqlandırdığımız zamanları xatırlatdı. Misalı Rusiyadan uzaq.

Özünü tərifləmək kimi çıxmasın, söz yaradıcılığı cəhətdən bir az yaxşıyam, elə buna görə ədəbiyyata keçəcək “Qərb-səmə” sözünü əzizimiz Dilçilik İnstitutuna tövsiyyə edirəm. Hörümçək sözünü lüğətə salanda, bir zəhmət, bunu da əlavə edərlər.

Sonda isə eşq olsun Ukraynaya!

www.yenicag.az

936
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv