!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin bunkerində kimlər var? – Ukrayna prezidentinin "savaş komandası"nın üzvləri – SİYAHI

!Reklam – Yazi

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra prezident Vladimir Zelenskinin ən yaxın çevrəsinə daxil olan məmurların adları açıqlanıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Zelenski savaş başlayandan bu yana xaricə keçmək təkliflərini rədd edərək Kiyevdə qalıb işləyir.

Məlumata əsasən, bu müddət ərzində Zelenskinin çevrəsində üç məmur qrupu – diplomatlar, hərbçilər və iqtisadçılar təmsil olunur.

Ölkənin xarici siyasətindən Prezident Ofisinin rəhbəri Andrey Yermak cavabdehlik daşıyır. O, Ağ Evlə müntəzəm əlaqədədir. Xarici işlər naziri Dmitri Kuleba isə dünya ölkələrinin hökumətləri ilə danışıqlar aparır.

Prezident Ofisi rəhbərinin müavini Ander Sibiqa mühüm danışıqlardan öncə prezident və spiçrayterləri üçün “diplomatik çərçivə”ləri hazırlayır.

Müdafiə naziri Aleksey Reznikov, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov və Silahlı Qüvvələrin Baş komandanı Valeti Zalujnı və daha bir neçə hərbçi müdafiə məsələlərinə məsul olan qrupa daxildirlər.

Zelenskinin çevrəsindəki iqtisadi bloka isə baş nazir Denis Şmıqal, iqtisadiyyat naziri Yuliya Sviridenko və Prezident Ofisi rəhbərinin müavini Rostislav Şurma daxil ediliblər.

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv