!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin dostu Azərbaycanda külli miqdarda cərimələnə bilər - SƏBƏB

!Reklam – Yazi

Azərbaycanda “Ukrayna Ticarət Evi”nin rəhbəri, Ukrayna prezidenti Volodimir Zelenski ilə dostluq münasibətləri olan iş adamı cərimələnə bilər.

Yenicag.az xəbər verir ki, “Ukrayna Ticarət Evi”nin baş direktoru, deputattlığa namizəd olmuş Əlibala Məhərrəmzadə barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilib.

İş adamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin tərtib etdiyi protokoldan məhkəməyə şikayət verib. İşə Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məhkəmə nazirliyin protokolunu təsdiqləyərsə, Məhərrəmzadə Əlibala Səttar oğlu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 20000-25000 manatadək məbləğdə cərimə edilə bilər.

Xatırladaq ki, iş adamı həmçinin “Kaspian Audit Kompani” MMC-nin direktorudur./qaynarinfo

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv