!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin rəsmi saytında petisiya yerləşdirildi: Xarici qoşunlar Ukraynaya girəcək?

!Reklam – Yazi

Ukrayna prezidenti Volodimir Zelenskinin rəsmi saytında xarici qoşunların ölkəyə daxil olmasını tələb edən petisiya yerləşdirilib.

Yenicag.az ura.news-a istinadla xəbər verir ki, dövlət başçısının petisiyaya baxması üçün o, azı 25 min səs toplamalıdır.

“Sizdən xahiş edirəm ki, Avropa İttifaqına üzv dövlətlərin hər birinə, Böyük Britaniyaya və ABŞ-a hərbi yardım üçün müraciət etmək barədə qərar qəbul edəsiniz ki, onlar öz qoşunlarını Ukrayna ərazisinə daxil etsinlər”, – deyə müraciətdə qeyd olunur.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmihal Fransa prezidenti Emmanuel Makronun daha əvvəl istisna etmədiyi Qərbin Ukraynaya qoşun yeritməsi ehtimalını şərh edib.

Jurnalist ondan Ukraynanın NATO ölkələrindən əlavə hərbçilərin göndərilməsini alqışlayıb-almayacağını soruşduqda, deyib ki, onlar rusları dəf etmək üçün mütləq kömək edəcəklər. Onun sözlərinə görə, lakin indi Ukrayna öz tərəfdaşlarından silah istəyir.

“Vaxtı gəlsə, biz tamamilə minnətdar və xoşbəxt olacağıq”, – deyə o, Qərb qoşunlarının yerləşdirilməsinə işarə edib.

Rafi Müslümov

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv