!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenskinin səfərindən sonra Niderlandda ard-arda partlayışlar

!Reklam – Yazi

Niderlandın Amsterdam, Haaqa və Vlaardingen şəhərlərində bir neçə partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, hadisələr avqustun 21-nə keçən gecə baş verib. İlk partlayış Haaqada baş verib. – partlayıcı qurğu yaşayış evinin yaxınlığında partlayıb, nəticədə giriş qapısı və onun yanında dayanmış avtomobil yanıb.

Daha sonra Vlardingendə, idman ayaqqabısı mağazasının yaxınlığında partlayış baş verib. Polisdən verilən məlumata görə, binanın fasadı yanıb, qapısı zədələnib.

Amsterdamda yerli vaxtla saat 04:50 və 07:00-da iki partlayış baş verib. Partlayışlar Zeydost bölgəsindəki evlərdə baş verib. Partlayışdan sonra binalarda yanğınlar başlayıb, yanğınlar təcili xidmət əməkdaşları tərəfindən dərhal söndürülüb.

Polis araşdırmaya başlayıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski Niderlanda səfər etmişdi.

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv